Rusiyanın bir sıra aeroportları müvəqqəti olaraq bağlanıb 

09:21 26.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.